Bu ilin ilk 11 ayında Türkiyənin Bartı şəhərinin Amasra qəsəbəsini ziyarət edən turistlərin sayı 2 milyonu keçib.
Vətəninfo.az xəbər verir ki, Amasra qalasının 2013-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrs Siyahısına daxil edildiyi rayon, əl dəyməmiş körfəzləri, təmiz çimərlikləri, təbiətlə bütünləşmiş gözəllikləri və mətbəx mədəniyyəti ilə diqqətləri cəlb edir.
Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən həyata keçirilən “Amasra Limanı Yolcu İskelesi ve Yat Limanı” layihəsinin sona çatması ilə Amasra qəsəbəsi dəniz yolu ilə gələn xarici turistləri də qəbul edir.
Eramızdan əvvəl 12-ci əsrdə “Sesamos” adı ilə qurulan və bir çox dövrlərə aid əsərlərə ev sahibliyi edən Amasranı bu ilin ilk 11 ayında 2 milyon 100 min turistin ziyarət etdiyi bildirilib.