image-1backend

Ukrayna hərbi xidmətə çağırış şərtlərini dəyişir

image-reklam_sirab_01

Ukrayna hərbi xidmətə çağırış şərtlərində dəyişiklik etmək niyyətindədir və şəxsi işə götürmə şirkətlərini səfərbərliyə cəlb edəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazır. Nəşrin məlumatına görə, yeni qaydalar bu həftə açıqlanacaq.

Buna əsasən, çağırışçıların təkcə cəbhəyə göndərilməklə kifayətlənməyərək, onların bacarıqlarına uyğun xidmət keçəcəklərinə inandırmaq üçün daha məqsədyönlü çağırışların aparılmasına özəl işə qəbul şirkətləri cəlb olunacaq.

Dövri nəşrin yazdığına görə, hazırda Ukraynada bir çox insan qorxur. Ölməkdən, güllələnməkdən qorxurlar, amma bu o demək deyil ki, orduda başqa hərbi işlərlə məşğul ola bilməzlər. Yetərincə peşəkar keyfiyyətlərə malik insanları tapmaq və onları orduya kömək etməyə inandırmaq üçün hakimiyyət ilkin olaraq iki böyük şirkətlə işləyəcək. Bundan əlavə, orduda kadr boşluğunu doldurmaq üçün hakimiyyət də səfərbərliyi daha çevik etmək qərarına gəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki