image-1backend

Ukrayna Qara dənizdə Rusiyanın patrul gəmisini məhv etdiyini açıqladı

image-reklam_sirab_01

Ukraynada gecə saatlarında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus “Sergey Kotov” adlı patrul gəmisinə Qara dənizdə, Krım sahilləri yaxınlığında uzaqdan idarə olunan qayıqlarla hücum etdikləri bildirilib. Vətəninfo.az xəbər verir ki , bu barədə müxtəlif Ukrayna KİV-ləri öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrlərin yazdığına görə, Rusiyanın hərbi patrul katerinin batdığı və ekipajın xilas ola bildiyi bildirilir.

Rusiyanın “RİA Novosti” agentliyi xəbər verir ki, Krım körpüsü üzərindən qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb, gecə yarısından sonra da avtomobillərin hərəkəti qadağan edilib. Ancaq səbəblər barədə heç bir məlumat verilmir.

Daha sonra “İnterfaks” Krım körpüsündə hərəkətin bərpa olunduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki