Vətəninfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bildirir ki, hava hücumundan müdafiə sistemləri Qara dənizdə Ukraynanın “Neptun” gəmi əleyhinə raketlərini məhv edib.
“2024-cü il yanvarın 6-da Moskva vaxtı ilə saat 17:00 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisində yerləşən obyektlərə qarşı “Neptun” gəmi əleyhinə raketləri ilə terror aktı törətmək cəhdlərinin qarşısı alınıb”, – məlumatda deyilir. .
Qeyd olunur ki, Qara dənizin şimal-qərb hissəsində 6 mərmi aşkar edilərək vurulub.