image-1backend

“Ukraynanın qələbəsi olmadan Gürcüstanın tərəqqisi yoxdur”- Gürcüstan prezidenti

image-reklam_sirab_01

Ukraynanın qələbəsi olmadan Gürcüstan üçün tərəqqi və azadlıq olmayacaq. Vətəninfo.az xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili bildirib.

“Mən bu günün fürsətindən istifadə edərək Ukraynaya qələbə arzulamaq istəyirəm, çünki Ukrayna qələbəsi olmadan bizdə tərəqqi və azadlıq olmayacaq. Bu, bizim azadlığımız uğrunda birgə mübarizəmizdir və mən buna görə çox minnətdaram”, – Zurabişvili bildirib.

O, həmçinin vurğulayıb ki, 2024-cü il daha həlledici olacaq, çünki Gürcüstan Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlayacaq Ukrayna və Moldovaya çatmalıdır.

Dövlət başçısının sözlərinə görə, Gürcüstan Ukrayna və Moldova ilə birlikdə “Associated Trio”nun (Gürcüstan-Ukrayna-Moldova) hər üç ölkəsi ilə Aİ-yə üzvlüklə bağlı danışıqların başlanmasına nail olmalıdır.

Zurabişvili onu da qeyd edib ki, dekabrın 15-də Aİ Gürcüstana Aİ-yə namizəd statusu verib-verməməyə qərar verəndə heç nə bitmir, amma daha ciddi mərhələ başlayır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki