Sursat çatışmazlığı səbəbindən Donetsk vilayətində ukraynalılar ikinci və üçüncü müdafiə xəttinə çəkilməli olurlar. Vətəninfo.az xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik kommunikasiyaları üzrə müşaviri Con Kirbi bildirib.
“Onların Donbasda sursatları tükənir və indi ikinci və üçüncü müdafiə xəttinə çəkilirlər.
Ruslar qərb istiqamətində təzyiq göstərməyə çalışırlar. Ukraynalıların dəstəyə ehtiyacı var və onların indi də buna ehtiyacı var”, – Ağ Ev rəsmisi bildirib.