Vətəninfo.az xəbər verir ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Mixail Xodorkovskinin barəsində hərbi saxtakarlıq maddəsi ilə cinayət işi açıldığını qeyd edərək, onun axtarışını yenidən elan edib.
TASS-dakı mənbə bildirib ki, uzun müddət həbsdə olan və Rusiya prezidentinin amnistiyasından sonra Rusiyanı tərk edən “YUKOS”un keçmiş ortaq sahibinə qarşı iş başlanıb.
TASS-dakı mənbə iddia edir ki, işin başlanmasına səbəb Xodorkovskinin “xüsusi hərbi əməliyyat zamanı həlak olan əsgərlərə ödənişlər haqqında” şərhi olub.
İndiyədək Xodorkovski Nefteyuqanskın meri Vladimir Petuxovun qətli ilə bağlı 2015-ci ilin sonunda başlanmış cinayət işi çərçivəsində axtarışda idi.


























