image-1backend

Yaponiya Aya iki astronavt göndərmək niyyətindədir

image-reklam_sirab_01

Yaponiya Amerikanın “Artemida” kosmik proqramı çərçivəsində 2028-ci ildən sonra Aya iki astronavtı göndərmək niyyətindədir.

“Yomiuri” nəşri xəbər verir ki, müvafiq razılaşma Yaponiyanın Baş naziri Fumio Kişida ilə ABŞ Prezidenti Co Bayden arasında aprelin 10-da Vaşinqtonda planlaşdırılan görüşdən sonra rəsmiləşdirilə bilər.

ABŞ “Artemida” proqramı çərçivəsində 2026-cı ildə Amerika astronavtlarını Aya endirməyi planlaşdırır. 2028-ci ildən bu cür ekspedisiyaların mütəmadi olaraq həyata keçirilməsi gözlənilir. Əvvəlcədən razılığa əsasən, Yaponiyanın iki nümayəndəsi bu proqramda iştirak etməlidir.

Qeyd edək ki, 2019-cu il ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) üç mərhələdən ibarət “Artemida” proqramı həyata keçirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki