image-1backend

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 221 nəfərə çatıb

image-reklam_sirab_01

Yanvarın 1-də Yaponiyanın İsikava əyalətində baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 221 nəfərə, yaralıların sayı isə 1016 nəfərə yüksəlib.

İtkin düşmüş kimi qeydiyyatda olan 22 nəfərin axtarışları davam edir.

Vətəninfo.az xəbər verir ki, Toyama, Niigata, Fukui və Gifu, eləcə də İsikavada dağıntılara səbəb olan zəlzələ nəticəsində təxminən 15 min evə ziyan dəyib.

İsikava prefekturasının Noto rayonunda 9100 ev hələ də işıqsız qalıb. Suyun qismən kəsilməsi davam edir.

Yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələdən sonra bölgədə iki həftə ərzində 1398 ardıcıl yeraltı təkan baş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image