image-1backend

Yaponiyanın baş naziri maaşdan imtina etdi

image-reklam_sirab_01

Yaponiyanın baş naziri Fumio Kişida və onun kabinetinin üzvləri dövlət işçilərinin ödənişlərinin artırılması üçün qanun çərçivəsində maaşlarının artırıldığı məbləğləri büdcəyə qaytardıqlarını açıqlayıblar. Vətəninfo.az-ın məlumatına görə, Tokioda mətbuat konfransı zamanı Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno bildirib ki, bu qərar hökumətin növbəti iclasından sonra keçirilən məsləhətləşmələrdə rəsmi şəkildə formalaşıb.

“Baş nazirin və nazirlərin maaşlarının artırılması xalq arasında tənqidlərə səbəb olub. Ona görə də biz cəmiyyətdə inamsızlıq yaratmamaq üçün həmin vəsaitlərin qaytarılmasına razılaşdıq”, – Matsunonun sözlərini TASS-a istinadən bildirir.

Yaponiyada dövlət qulluqçuları tətil etmək hüququndan məhrum ediliblər. Əvəzində hökumətin xüsusi orqanı parlamentin qərarı ilə onların maaşlarını mütəmadi olaraq orta əmsalla artırır ki, bu da özəl sektor işçilərinin ödənişlərinin artmasına uyğundur.

Müvafiq olaraq, indi qəbul edilmiş qanun Kişidanın maaşının ildə 460 000 yen (3 min dollardan bir qədər çox) artırılmasını nəzərdə tuturdu. Nazirlər üçün onun ildə 320 min yen (təxminən 2100 dollar) artması nəzərdə tutulurdu.

Yaponiya baş nazirinin maaşı ayda 3,3 milyon yendən (təxminən 22 min dollar) bir qədər çoxdur. Yaponiyalı nazirin maaşı ayda 2,45 milyon yen (təxminən 16300 dollar) təşkil edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki