image-reklam-veteninfo
image-1backend

Yəhudi Sülh Birliyi: “Onlar təkcə fələstinliləri deyil, yəhudiliyi də öldürürlər”

image-reklam-veteninfo

İsrailin Qəzzada apardığı məhvetmə müharibəsinin tənqidi yəhudi birlikləri tərəfindən getdikcə daha yüksək səsləndirilir.

İndi Fransada bir yəhudi qrupu İsrailin hücumlarını sərt sözlərlə tənqid edib.

Fransa-Yəhudi Sülh Birliyinə (UJFP) görə, İsrailin Qəzzaya intensiv hücumları yəhudi dininə də mənfi təsir göstərir.

“Onlar təkcə fələstinliləri deyil, yəhudiliyi də öldürürlər” başlıqlı məqalədə birlik hökumətin Təl-Əvivdəki hərəkətlərini sərt şəkildə tənqid edərək onların böyük bir hissəsinin insanlıqdan uzaqlaşdığını bildirərək yazıb: “Müharibənin üç ayında Qəzzada 30 mindən çox ölü və itkin düşüb ki, bu da əhalinin 1,5 faizinə bərabərdir. “Həmas”ı məhv etmək” bəhanəsi gülüncdür. Çünki bu, açıq şəkildə Qəzza əhalisini məhv etmək üçün aparılan müharibədir. Bölgədə humanitar böhran hökm sürməkdədir. Xəstəxanalar və məktəblər daxil olmaqla, demək olar ki, bütün infrastruktur məhv edilib”.

İsrailə dəstək verməyən bütün belə yəhudilər sionistlər tərəfindən “satqın” adlandırılır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki