Bu gün saat səhər 07:20-də Yunanıstanda 4,8 bal gücündə zəlzələ baş verib. Vətəninfo.az xəbər verir ki, bu barədə Afina Milli Rəsədxanasının Geodinamika İnstitutuna məlumat yayıb.
Zəlzələnin episentri Arqolik körfəzinin mərkəzində, Leonidio şəhərindən 16 km şimal-şərqdə və Afinadan 97 km cənub-qərbdə, ocağı isə 14,5 km dərinlikdə yerləşib.
Bunun ardınca 2,5-3,2 bal gücündə 3 afterşok baş verib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.