image-2backend

ABŞ-da son 9 ayda 1300-dən çox uşaq öldürülüb

image-reklam_sirab_01

ABŞ-da son 9 ayda 1300-dən çox uşaq silahlı hücum nəticəsində həlak olub.
Vətəninfo.az xəbər verir ki, ABŞ-da yanvarın 1-dən bu yana silahlı zorakılıqlar nəticəsində öldürülən uşaqların sayı 1324-ə yüksəlib.

Silah Şiddəti Arxivinin internet səhifəsində edilən paylaşımda ilin əvvəlindən bəri ABŞ-da silahlı zorakılıq nəticəsində həyatını itirənlərin ümumi sayının 32 min 548-ə, yaralananların sayının isə 28 min 338-ə çatdığı bildirilib.

Məlumatda həmçinin silahlı hücumlarda həyatını itirən 1324 uşaqdan 1096-nın 12-17 yaş arasında, 230-nun isə 11 yaşdan kiçik olduğu qeyd edilib.

Son 9 ayda silahlı hücumlarda ümumilikdə 18 yaşdan kiçik 3570 uşağın yaralandığı bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki