image-reklam-veteninfo
image-1backend

ABŞ Dövlət Departamenti rusiyalı diplomatlara icazə vermədi

image-reklam-veteninfo

ABŞ Dövlət Departamenti rusiyalı diplomatların San Dieqoda (Kaliforniya ştatı) Rus Pravoslav Kilsəsinin müqəddəs Hovhannes Kronstadtskinin abidəsinin açılış mərasiminə səfərinə icazə verməyib, Rusiyanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

“Rusiya diplomatları doğma mədəniyyətimizin, rus dilinin qorunub saxlanmasına, eləcə də diasporamızın birliyinin möhkəmlənməsinə töhfə verən əlamətdar tədbirdə iştirak etmək istəyirdilər.
Lakin Dövlət Departamenti bizim səfərimizi təsdiqləməkdən imtina etdi”, – diplomatik missiya qeyd edir.

Oktyabrın 29-da San Dieqo pravoslav kilsəsinin ərazisində Hovhannes Kronstadskinin abidəsi açılıb.
Tədbirdən sonra San-Fransisko və Qərbi Amerika arxiyepiskopu Kirill liturgiyanı qeyd edib.
Abidə Sankt-Peterburqda sökülüb, sonra ABŞ-a gətirilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki