image-trampbackend

ABŞ-ın daha 16 ştatı Trampın seçkilərdə iştirakına icazə verilməməsini tələb edib

image-reklam_sirab_01

ABŞ-ın ən azı 16 ştatında keçmiş ABŞ prezidenti Donald Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədinin seçilməsi prosesinə qadağa qoyulması ilə bağlı iddialar qaldırılıb. Vətəninfo.az xəbər verir ki, “The New York Times” qəzeti Lawfare hüquq firmasının məlumat bazasına istinadən belə məlumat yayıb.

Bundan əvvəl Kolorado ştatının Ali Məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampa 2024-cü ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədini müəyyənləşdirmək üçün yerli praymerizlərdə iştirakını qadağan edib. Donald Trampın seçkiqabağı kampaniyasının sözçüsü Stiven Çunq Kolorado məhkəməsinin qərarını yanlış hesab edib və bundan şikayət veriləcəyini bildirib.

Qəzet yazır: “Hazırda ən azı 16 ştatda Konstitusiyanın 14-cü Düzəlişinə əsasən Trampın seçilmək hüququnun olmadığını iddia etdikləri məhkəmə prosesi davam edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki