image-1backend

ABŞ-ın “Ohayo” sinifli nüvə sualtı qayığı Orta Şərqə çatıb

image-reklam_sirab_01

ABŞ Hərbi Dəniz Qüvvələri “Ohayo” sinifli nüvə sualtı qayığının Orta Şərqə çatdığını bildirib.

Vətəninfo.az xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” platformasından etdiyi paylaşımda “5 noyabr 2023-cü ildə “Ohayo” sinifli sualtı qayığı ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına çatdı” deyilib.

Qeyd edək ki, “Həmas”ın silahlı qanadı olan İzzəddin əl-Kassam briqadalarının 7 oktyabr səhəri, “İsrailin fələstinliləri və müqəddəs dəyərlərini, xüsusən də Əqsa məscidini davamlı olaraq pozmasına cavab vermək” üçün həyata keçirdiyi hücumlarından sonra ABŞ bölgəyə iki təyyarə daşıyan gəmi göndərib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki