image-1backend

ABŞ İraq hərbi bazasını vurdu – Əl Ərəbiyyə

image-reklam_sirab_01

ABŞ-ın aviazərbələri nəticəsində İraq təhlükəsizlik qüvvələrinin azı 10 əməkdaşı yaralanıb.

Vətəninfo.az xəbər verir ki , bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Onların məlumatına görə, Amerika hərbçiləri Babil və Vasit əyalətlərindəki hədəfləri vurub. Atışma nəticəsində bir nəfər də həlak olub, adı açıqlanmayan qrupların daha altı döyüşçüsü yaralanıb.

Öz növbəsində “Ash-Sharq” telekanalı İranyönlü “Hizbullah ən-Nücəba” hərəkatının İraqın Vasit əyalətindəki düşərgəsinə pilotsuz təyyarə ilə hücum edildiyini bildirib.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İraq və Suriyada koalisiya qüvvələrinə qarşı hücumlara cavab olaraq İraqdakı “Kətayib Hizbullah” şiə qruplaşmasının obyektlərinə zərbələr endirdiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki