ABŞ prezidenti Co Baydenin oktyabrın 18, ya 19 tarixində İsrailə səfəri gözlənilir. Bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb. Məlumata görə, hazırda yəhudi dövlətində ABŞ liderinin səfərinə aktiv hazırlıq gedir.
Oktyabrın 15-də İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Co Baydeni İsrailə “həmrəylik səfəri”nə dəvət edib.
Bu ərəfədə ABŞ-ın dövlət katibi Entoni Blinken Yaxın Şərq turnesindən sonra yenidən İsrailə qayıdıb. “The Washington Post” qəzetinin yazdığına görə, o, Qüdsdə İsrailin baş naziri Binyamin Netanyahu, prezident İshaq Hersoq, müdafiə naziri Yoav Qalant və müxalifətin lideri, sabiq baş nazir Yair Lapidlə görüşəcək.
Entoni Blinkenin İordaniya, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Misir dövlət başçıları ilə apardığı görüşlərin nəticələri barədə məlumat vermək üçün İsrailə qayıtdığı bildirilir.
Xatırladaq ki, bundan əvvəl Pentaqonun başçısı Lloyd Ostin İsrailə səfərə getmişdi.


























