ABŞ Konqresinin bu il ayırdığı əsas resurslar demək olar ki, tükənib, ona görə də Ukraynaya yardım məsələsi ifrat nöqtədədir. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.
Onun sözlərinə görə, Pentaqon Ukraynaya hərbi yardım üçün ayrılan vəsaitin 95%-ni artıq istifadə edib.
“Biz Ukraynaya dəstəyimizin kritik nöqtəsindəyik” dedi Miller.
Dövlət Departamentinin nümayəndəsi ABŞ prezidentinin Konqresə göndərdiyi və həm Ukrayna, həm də İsrail üçün maliyyə təmin edən əlavə sorğu ilə bağlı təcili qərarın qəbul edilməsinin vacibliyini vurğulayıb.


























