image-210426-f-xg347-1008backend

ABŞ Yaponiyanın cənubuna 38  F-15EX döyüş təyyarəsi yerləşdirir

image-reklam_sirab_01

ABŞ Silahlı Qüvvələri Yaponiyanın cənubundakı Okinava adasındakı Kadena bazasında ən son təkmilləşdirilmiş F-15EX döyüş təyyarələrindən 38-ni daimi olaraq yerləşdirmək variantını nəzərdən keçirir. Vətəninfo.az  xəbər verir ki, bu barədə “Nikkei” qəzeti ABŞ Hərbi Hava Qüvvələrinin komandanlığına istinadən məlumat yayıb.

O, 2022-ci ildən etibarən 48 köhnəlmiş F-15C qırıcılarının buraxılmağa başladığı Kadena Hərbi Hava Qüvvələri bazasında döyüş təyyarələrinin daimi yerləşdirilməsi sxeminə qayıtmaq niyyətindədir.

Nikkei yazır ki, F-15EX qırıcıları yalnız 2020-ci ildə istehsal olunmağa başladı. Bu təyyarələrin daimi yerləşdirilməsi Çinin çəkindirmə strategiyasının mühüm hissəsi kimi qiymətləndirilir. F-15EX qırıcılarının, həmçinin, adi təyyarələrlə birlikdə fəaliyyət göstərəcək ən son pilotsuz uçuş aparatları ilə də əlavə olunması nəzərdə tutulur.

Kadena bazası ABŞ Hərbi Hava Qüvvələrinin ABŞ hüdudlarından kənarda yerləşən ən böyük obyektidir. Çin sahillərindən 650 km aralıda yerləşən o, Şərqi Asiyada Pentaqonun əsas qalalarından biri hesab olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki