Vətəninfo.az xəbər verir ki, ABŞ-ın respublikaçı senatoru Rik Skot İranın proksi qüvvələrinin regiondakı Amerika mövqelərinə hücumlarına toxunaraq deyib:
“İcazə verin, ABŞ-ın xalqımıza qarşı terror qruplaşmalarının təhdidlərinə dözə bilməyəcəyini deyəndə nəyi nəzərdə tutduğumu açıqlayım…
İran ABŞ-a hücum edərsə, Ayətullahın (Xameneyi) sevdiyi hər şey hədəfə çevriləcək və bildiyiniz kimi, bizim hədəf almağımız çox dəqiqdir, gedin Qasim Süleymanidən soruşun”, – deyə, senator əlavə edib.


























