Vətəninfo.az xəbər verir ki, Arkanzas ştatının keçmiş qubernatoru Senator Sem Braunbek İrandakı molla rejiminə qarşı çıxışında deyir: “Nə qədər ki, Tehran rejimi hakimiyyətdədir, Yaxın Şərqdə sülh bərqərar olmayacaq.
Onlar getməlidir. Yaxın Şərqdə sülhə mane olan ən böyük səbəb İrana hakim olan mollalardır. Onlar getməlidirlər. Amerika hökumətinin İran xalqını mollar qarşısında müdafiə etməyinin vaxtı çatıb. İranda demokratiyanın vaxtı çatıb.
Tehrandakı hakimiyyət terroru maliyyələşdirən və terrorda maraqlı olan rejimdir, amma, İran xalqı belə deyil. Onlar sülh və azadlıq istəyirlər. Azadlıq uğrunda canlarından keçirlər. Biz İran daxilində demokratik hökumət istəyən qüvvələri müdafiə etməliyik”.


























