image-reklam-veteninfo
image-image_750x_652f7ec4af061backend

Antonio Quterreş:”Mən qorxuram”

image-reklam-veteninfo

BMT-nin baş katibi Antonio Quterreş İsrailin Qəzzada xəstəxanaya hücumunu pisləyib.
Onun sözlərinə görə, mülki şəxslərin ölüm xəbərini eşidəndə dəhşətə gəlib.

Vətəninfo.az xəbər verir ki, Quterreş X sosial şəbəkəsində yazıb: “Bu gün Qəzza zolağında xəstəxanaya edilən hücumda yüzlərlə mülki fələstinlinin öldürülməsindən dəhşətə gəlirəm və bunu qətiyyətlə pisləyirəm”.

BMT-nin baş katibi vurğulayıb ki, xəstəxanalar və tibb işçiləri beynəlxalq hüquqla qorunmalıdır.

Xatırladaq ki, İsrail ordusu mülki fələstinlilərin olduğu xəstəxananı raket atəşinə tutub. Nəticədə 800-ə yaxın insan həlak olub. Beynəlxalq ictimaiyyət bu cür hərəkətləri kəskin şəkildə pisləyib.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan hücumu “görünməmiş vəhşilik” adlandırıb. Pentaqon, Kanada və Ümumdünya Səhiyyə Təşkilatı onunla razılaşıb.

Aİ diplomatiyasının rəhbəri Josep Borrell də qınayan bəyanatla çıxış edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki