image-reklam-veteninfo
image-1backend

Bayden Netanyahu ilə Fələstin-İsrail münaqişəsi ətrafındakı vəziyyəti müzakirə edib

image-reklam-veteninfo

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığında Fələstin-İsrail münaqişəsi ətrafındakı vəziyyəti müzakirə edib. Vətəninfo.az xəbər verir ki , bu barədə Ağ Ev danışıqların yekunlarına dair məlumat yayıb.

“Prezident Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb, söhbət zamanı İsraildə və Qəzza zolağında baş verən hadisələr müzakirə edilib”, – Ağ Evdən bildirilib.

Məlumata görə, Bayden Qəzza ilə sərhədi keçən və ehtiyacı olan fələstinlilərə ərzaq paylayan iki humanitar yardım karvanının göndərilməsini alqışlayıb. “Liderlər Qəzzaya bu kritik yardımın çatdırılmasının davam edəcəyini təsdiqləyiblər”, – Ağ Ev əlavə edib.

Bildirilir ki, Bayden iki amerikalı girovun azad edilməsində göstərdiyi dəstəyə görə İsrailə minnətdarlığını bildirib. Liderlər HƏMAS-ın saxladığı girovların, o cümlədən ABŞ vətəndaşlarının azad edilməsi üçün davam edən səyləri müzakirə ediblər.

Bayden və Netanyahu yaxın təmasları davam etdirməyə razılaşıblar.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki