image-reklam-veteninfo
image-333backend

BMT: “Məcburi hicab İranda qadınlara qarşı təzyiqlərin ən bariz nümunəsidir”

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, BMT-nin İranda insan haqlarının vəziyyətinin monitorinqi üzrə xüsusi məruzəçisi Cavid Rəhmanın yeni hesabatı BMT Baş Assambleyasında dərc olunub.

Öz hesabatında o, İranda qadınlara qarşı məqsədyönlü təzyiq və ayrı-seçkiliyin ən bariz nümunələrindən birini, hökumətin məcburi hicab tətbiq etmək basqısı adlandırıb.

Cavid Rəhman ötən il Məhsa Əmininin hicaba görə “Əxlaq” polisi tərəfindən öldürülməsindən sonra keçirilən kütləvi aksiyalarda 537 etirazçıdan 68 uşaq və 48 qadının öldüyünü, yüzlərlə insanın yaralandığını, digər etirazçıların isə həbs edildiyini diqqətə çatdırıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki