image-reklam-veteninfo
image-1122020backend

BMT-nin baş katibi İsrail və HƏMAS-a müraciət edib

image-reklam-veteninfo

BMT-nin baş katibi Antonio Quterres radikal Fələstinin HƏMAS hərəkatını bütün girovları dərhal azad etməyə, İsraili isə Qəzza zolağına humanitar yüklərin çatdırılmasına icazə verməyə çağırıb. Bu barədə Vətəninfo.az  Quterreşin bəyanatına istinadən xəbər verir.

“Yaxın Şərqdə hamımızın uçurumun kənarında olduğumuz bu dramatik anda, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi kimi mənim borcum iki humanitar çağırış etməkdir: HƏMAS girovları dərhal və qeyd-şərtsiz azad etməlidir. Və İsrailə Qəzzanın mülki əhalisinin xeyrinə humanitar yardım və işçilər üçün sürətli və məhdudiyyətsiz çıxış təmin etsin”, – deyə o bildirib.

Quterreşin fikrincə, bu məqsədlər müzakirə olunmalı deyil və onlara nail olmaq lazımdır, çünki “bu, düzgün işdir”.

“Qəzzada su, elektrik və digər zəruri resurslar tükənmək üzrədir. BMT-nin Misir, İordaniya, İordan çayının qərb sahili və İsraildəki anbarlarında ərzaq, su, qeyri-ərzaq malları, dərman və yanacaq ehtiyatları var. Həmin mallar bir neçə saata göndərilə bilər”, – deyə o bildirib.

Baş katib əlavə edib ki, tədarükləri həyata keçirmək üçün BMT əməkdaşlarına və tərəfdaş qeyri-hökumət təşkilatlarına “yükü təhlükəsiz şəkildə Qəzzəyə çatdırmaq və ehtiyacı olanlara maneəsiz paylamaq” imkanı yaratmaq lazımdır.

Oktyabrın 7-də 1500-dən çox Həmas yaraqlısı təhlükəsizlik səddini keçərək Qəzza zolağından İsraili işğal edib. İsrail HƏMAS-a müharibə elan edib və yüzlərlə hədəfi vurur. İsrail də Qəzzanı tam mühasirəyə alaraq su, elektrik, yanacaq, ərzaq və digər mallara çıxışı kəsib. İsraildə qurbanların sayı 1400-ü keçib. 150 nəfər HƏMAS tərəfindən girov götürülüb. Qəzza zolağında qurbanların sayı 2700 nəfərə çatıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki