Türkiyənin Muğla vilayətinin Bodrum qəsəbəsi sahillərində 113 qanunsuz miqrant xilas edilib.
Vətəninfo.az xəbər verir ki, Sahil Mühafizə Komandanlığından verilən açıqlamaya görə, Bodrum qəsəbəsi sahillərində müxtəlif vaxtlarda fiber qayıqlarda və xilasedici qayıqlarda qanunsuz mühacirlərin olduğu xəbərindən sonra qruplar bölgələrə istiqamətləndirilib.
Dayandırılan fiber qayıqlarda qanunsuz yollardan ölkə xaricinə çıxmağa çalışan cəmi 113 qanunsuz mühacir yaxalanıb. Qayıqdakı mühacirləri qaçıran şübhəli şəxs isə saxlanılıb.
Qanunsuz mühacirlər əməliyyatların ardından Vilayət Miqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.


























