image-reklam-veteninfo
image-image_750x_65151ba123b10backend

Böyük Britaniyanın müdafiə naziri Ukraynaya gəldi

image-reklam-veteninfo

Böyük Britaniyanın yeni müdafiə naziri Qrant Şapps Ukraynaya səfər edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Ukrayna mətbuatının yazdığına görə, nazirin gəlişi barədə əvvəlcədən məlumat verilməyib.
“Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət katibi Qrant Şapps ilə mənalı görüş”, – Zelenski Telegram kanalında yazıb.

Məlumdur ki, görüş Ukrayna prezidentinin kabinetində baş tutub. Zelenski Böyük Britaniya ilə Ukrayna arasında hərbi sahədə əməkdaşlığın gücləndiyini vurğulayıb.

Qrant Şaps avqustun 31-də müdafiə naziri postuna başlayıb. O, əvvəldən Ukrayna münaqişəsinə böyük maraq göstərib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki