image-reklam-veteninfo
image-11backend

Braziliya Amazonlarında 100-dən çox ölü delfin üzə çıxdı, səbəbi …

image-reklam-veteninfo

Suyun temperaturunun bəzi yerlərdə 39 dərəcəni keçdiyi Braziliya Amazonlarında son bir həftədə 100-dən çox ölü delfin üzə çıxıb.

Vətəninfo.az Amerikanın CNN telekanalına istinadən xəbər verir ki, Braziliya Elm, Texnologiya və İnnovasiya Nazirliyi tərəfindən maliyyələşdirilən Mamiraua İnstitutundan verilən açıqlamada ölü delfinlərin hamısının Tefe gölündə ortaya çıxdığı bildirilib.

Açıqlamada son bir həftədə bölgədə 100-dən çox delfinin ölməsinin qeyri-adi olduğu söylənilib və mütəxəssislər bunu quraqlıq və Tefe gölündə bəzən 39 dərəcəni keçən suyun temperaturu ilə əlaqələndirib.

Səlahiyyətlilər yaxın bir neçə həftə ərzində də delfinlərin ölümünə səbəb ola biləcək şiddətli quraqlığın gözlənildiyi barədə xəbərdarlıq edib.

El-Nino hava hadisələrinin yaratdığı quraqlıqla boğuşan Amazon yağış meşələri gərilən yağıntı çatışmazlığı ilə üz-üzədir.

Braziliyanın Amazon tropik meşələrində 500 min adamın quraqlıq təhlükəsindən mənfi təsirlənəcəyi bildirilir.

Amazonda quraqlıq, iqlim dəyişikliyi və ekoloji problemlərlə bağlı hər fürsətdə açıqlamalar verən Braziliyanın dövlət naziri Luiz İnasio Lula da Silva bölgəyə 20 milyon dollarlıq yardım ediləcəyini açıqlayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki