Cənubi Koreya yeraltı bunkerlərdə gizlənən düşmənləri hədəf alan raketlərin daha təkmil versiyalarının hazırlanmasına sərmayə qoymaq qərarına gəlib.
Vətəninfo.az xəbər verir ki, Cənubi Koreyanın Müdafiə Tədarük Proqramı Agentliyi (DAPA) 218 milyon dollarlıq yeni investisiya elan edib.
Açıqlamada sözügedən sərmayənin Cənubi Koreyanın özünü inkişaf etdirdiyi və “yeraltı sığınacaqları hədəf alan raketlər” kimi tanınan “Koreya taktiki qurudan-quruya raketi”nin ikinci versiyasının hazırlanması üçün istifadə ediləcəyi bildirilib.
DAPA rəsmisi də Cənubi Koreya mətbuatına verdiyi açıqlamada bu raketlərin Şimali Koreyanın yerin altında gizlətdiyi silahları hədəf alacağını bildirib.
Sözügedən layihənin 2027-ci ilin sonuna qədər davam edəcəyi məlumatı paylaşılıb.