image-image_750x_65881c50bf2c4backend

Çin Ukrayna savaşını dayandırmaq üçün hərəkətə keçdi

image-reklam_sirab_01

İtaliya Katolik Yepiskoplar Konfransının prezidenti, Ukrayna nizamlanması məsələsi üzrə Papa nunsisi olan kardinal Matteo Zuppi Çinin Ukraynada sülhün bərqərar olmasına kömək edə biləcəyini açıqlayıb. Vətəninfo.az xəbər verir ki, o bu barədə İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.

“Hərəkət var. Mən Kiyevdə və Moskvada olmuşam. Mən Vaşinqtonda və Pekində də olmuşam. Ruslar və ukraynalılar Müqəddəs Taxtın rolunu tanıdılar. Hər iki paytaxtdakı nunsilərimiz öz işlərini mükəmməl şəkildə yerinə yetirirlər. Təbii ki, uşaqların qaytarılması ilə bağlı daha çox nəticə əldə etmək istərdilər. Biz buna nail olmaq üçün heç bir fürsəti əldən verməmişik”, – deyən katolik kilsəsinin yüksək rütbəli nümayəndəsi Çinin Ukraynada sülhün bərqərar olmasına töhfə verə biləcəyini bildirib.

Kardinal Dzupi onu da bildirib ki, dialoq və sülhün bərqərar olması üçün müharibə-hərbi təfəkkürdən əl çəkib, fərqli istiqamətdə işləməyə çalışmaq lazımdır. O, həmçinin Ukrayna münaqişəsinin sülh yolu ilə həllində Vatikanın rolunu vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki