image-reklam-veteninfo
image-1backend

Çin və ABŞ iqlim böhranı ilə mübarizədə əməkdaşlığı gücləndirəcək

image-reklam-veteninfo

Pekin və Vaşinqton 21-ci əsrin qlobal iqlim böhranı ilə mübarizə üçün işçi qrup yaratmaq niyyətindədir.

Vətəninfo.az-ın məlumatına görə, bu barədə Çin prezidenti Si Cinpinlə ABŞ prezidenti Co Baydenin San-Fransiskoda görüşü ərəfəsində qəbul edilmiş Çin-Amerika birgə bəyanatında deyilir.

“Çin və Birləşmiş Ştatlar iqlim böhranının dünya ölkələrinə getdikcə daha əhəmiyyətli təsir göstərdiyini görürlər”, – mətnindən sitat gətirilən sənəddə deyilir .

“Çin və ABŞ iqlim dəyişikliyi ilə mübarizəni gücləndirmək üçün işçi qrupu yaratmaq qərarına gəliblər. Qrup atmosferə metan tullantıları, ətraf mühitin plastiklə çirklənməsi və enerjiyə keçid kimi məsələlər üzərində işləyəcək”, – sənəddə deyilir.

Hər iki tərəf G20 liderlərinin 2030-cu ilə qədər qlobal bərpa olunan enerji potensialının üç dəfə artırılmasına dair bəyannaməsini dəstəklədiklərini və plastik çirklənmə ilə mübarizə üçün qanuni qüvvəyə malik qlobal saziş üzərində birgə işləməyə söz verdilər.

Xi Jinping Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək, həmçinin Baydenlə danışıqlar aparmaq üçün San-Fransiskoya (Kaliforniya) gəlib. Sammit noyabrın 15-17-də baş tutacaq. Sammit çərçivəsində noyabrın 15-də Çin və ABŞ liderlərinin görüşü planlaşdırılır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki