image-reklam-veteninfo
image-1backend

Çində baş verən zəlzələ qurbanlarının sayı 144 nəfərə çatıb

image-reklam-veteninfo

Çinin şimal-qərbində baş verən zəlzələ qurbanlarının sayı 144 nəfərə çatıb. Bu barədə Vətəninfo.az  TASS agentliyinə istinadən xəbər verir .

Qurbanların ümumi sayından 113 nəfəri Qansu əyalətində, 31 nəfər isə yenilənmiş məlumatlara görə, Qinghai əyalətində həlak olub. Çinxayda 3 nəfər hələ də itkin düşüb.

Dekabrın 18-də gecə yarısından əvvəl Qansu və Çinxay əyalətlərində baş verən 6,2 bal gücündə zəlzələ böyük dağıntılara səbəb olub. 207 mindən çox evə ziyan dəyib, 15 min ev dağılıb. Yeraltı təkanlar həmçinin torpaq sürüşməsinə, yolların, elektrik xətlərinin və su xətlərinin zədələnməsinə səbəb olub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki