image-1backend

Çində meymun üç yaşlı qızı qaçırıb

image-reklam_sirab_01

Çində bir meymun üç yaşlı qızı qaçırıb, sonra o, yerdən 30 metr yüksəklikdə tapılıb. Bu barədə Vətəninfo.az “Asia One” jurnalına istinadən xəbər verir.

Hadisə oktyabrın 21-də Quizhou əyalətində baş verib. Valideynlər qızı özləri ilə işlədikləri tarlaya apararaq ağacın altında qoyublar.

Qızın atası “Bir dəqiqə sonra çevrildim və gördüm ki, uşaq yoxdu”.

Daha sonra polis yaxınlıqdakı meşədə axtarışa başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qızın adını çəkib və nəhayət, iki saatlıq axtarışdan sonra onun səsini dağdan eşidiblər. Uşaq qayalığın kənarındakı ağacın üstündə tapılıb.

Qızın bədənində meymunun barmaq izlərinə bənzəyən bir neçə cızıq var idi.

Yerli hakimiyyətdən bildirilib ki, hadisə ilə əlaqədar kənd sakinlərinin təhlükəsizliyini təmin etmək üçün ərazidə patrul xidməti aparılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki