CNN əldə edilən sənədə istinadən xəbər verib ki, HƏMAS rəhbəri İran hökumətinə ünvanladığı məktubda bu qruplaşmanın agentlərinin mühəndislik, fizika və texnologiya sahələrində İran universitetlərində təhsil almaları üçün təqaüdlərin ayrılmasını istəyib.
Məlumata görə, bu ilin iyun ayına aid olan məktubda HƏMAS komandirlərindən biri təşkilatın 7 üzvünə İranda təhsil almaq üçün təqaüd verilməsini xahiş edib.
Qeyd edək ki, bu sənəd Qəzza zolağının kənarında HƏMAS yaraqlılarına məxsus mikroavtobusda olan kompüterdən götürülüb və sonra İsrail rəsmiləri tərəfindən CNN-ə təqdim edilib.


























