image-1backend

Co Bayden Çinlə hərbi əlaqələri bərpa etməyə qərar verdi

image-reklam_sirab_01

ABŞ prezidenti Co Bayden Çinlə hərbi əlaqələri bərpa etmək niyyətindədir. Bu məsələ onun Çin prezidenti Si Cinpinlə danışıqları zamanı mərkəzi olacaq. Vətəninfo.az xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

“Prezident hərbi əlaqələri bərpa etməkdə qərarlıdır, çünki bunun ABŞ-ın milli təhlükəsizliyinin maraqlarına uyğun olduğuna inanır. Səhvlər, səhv hesablamalar və ya anlaşılmazlıqlar olmasın deyə, bu rabitə xətlərinə ehtiyacımız var”, – deyə Sullivan bildirib.

Ağ Evin müşaviri izah edib ki, hərbi əlaqələrin bərpası bütün səviyyələrdə baş verə bilər.

“Çinlilər bu əlaqələri praktiki olaraq kəsiblər. Prezident Bayden onları bərpa etmək istəyir. Bu, gündəmin əsas məsələsidir”, – deyə Sullivan vurğulayıb.

Daha əvvəl bildirilmişdi ki, ABŞ prezidenti Co Bayden noyabrın 15-də San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Sammiti çərçivəsində Çin sədri Si Cinpinlə təkbətək görüşəcək. Bu, 2023-cü ildə siyasətçilərin ilk üz-üzə görüşü olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki