image-reklam-veteninfo
image-1backend

Daha 10 PKK terroçusu məhv edildi

image-reklam-veteninfo

Türkiyə terrora qarşı mübarizəsini qətiyyətlə davam etdirir.

Separatçı terror təşkilatı PKK-nın yüksək səviyyəli üzvlərinə qarşı aparılan əməliyyat tədbirləri aramsız davam edir.

Vətəninfo.az xəbər verir ki, qırmızı kateqoriyada axtarışda olan PKK/KCK-nın Kərkük vilayətinin qondarma rəhbəri adlandırılan şəxs zərərsizləşdirilib.

Milli Kəşfiyyat Təşkilatı (MİT) terror təşkilatı PKK/KCK-nın qırmızı kateqoriyasında axtarıla Kərkük vilayətinin qondarma rəhbəri Remzi Avcı İraqın şimalında Süleymaniyyədə zərərsizləşdirib.

Milli Müdafiə Nazirliyi də İraqın şimalındakı Qəndil və Hakurk bölgələrində 10 PKK terrorçusunun zərərsizləşdirildiyini bildirib.

Nazirlikdən verilən açıqlamada “İraqın şimalındakı Qəndil və Hakurk bölgələrində aşkarlanan 10 PKK terrorçusu Türkiyə Silahlı Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib. Terrorçu haradadırsa, hədəfimiz də orasıdır” şüarı ilə terror yuvalarını məhv etməyə davam edəcəyik” ifadələrdən istifadə edilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki