Danimarka hökuməti Ukraynaya zirehli texnika və artilleriya mərmilərinin daxil olduğu 522 milyon dollar dəyərində yeni hərbi yardım paketi göndərib.
Ukrayna mətbuatı xəbər verir ki, bu barədə Ukrayna hakimiyyəti və Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.
Vətəninfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski axşam çıxışında deyib. “Yeni paketə əsgərlərimiz üçün əlavə zirehli maşınlar daxil olacaq. tanklar, piyada döyüş maşınları, dronlar, artilleriya mərmiləri”.
“Europeyskaya Pravda” Danimarka Müdafiə Nazirliyinə istinadən qeyd edib ki, yardım çərçivəsində Ukrayna Danimarkadan T-72EA və BMP-2 tankları, həmçinin artilleriya mərmiləri, odlu silahlar və zirehli təmir-bərpa maşınları alacaq.
Zelenski həmçinin əlavə edib ki, cümə axşamı Danimarkanın baş naziri Mette Frederiksen ilə gələcək müdafiə əməkdaşlığının gücləndirilməsi, Avropada və bütün tərəfdaşlar arasında birliyin qorunması və sülh formulunu müzakirə edib.


























