image-1backend

Dəhşətli terror: Silahlılar uşaqları güllələdi

image-reklam_sirab_01

Nigeriyanın Plato əyalətində baş verən silahlı hücumda 16 nəfər həyatını itirib.
Vətəninfo.az xəbər verir ki, ölkədə həyata keçirilən ”Save Haven” əməliyyatının sözçüsü Ceyms Oya bildirib ki, Plato əyalətinin Muşu kəndində naməlum silahlı şəxslər tərəfindən hücum həyata keçirilib.

Oya hücumda 16 nəfərin həyatını itirdiyini, çox sayda insanın isə yaralandığını bildirib.

Hadisə yerinə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirən Oya deyib: “Hücumdan sonra bölgədə asayişin pozulmasının qarşısını almaq üçün təhlükəsizlik tədbirləri gücləndirildi. Hadisədən sonra iğtişaş yaşandı, lakin vəziyyət nəzarətə alındı”
Qeyd edək ki, son zamandarda Nigeriyanın Plato əyalətində silahlı hücumlar baş verir.
Dekabrın 5-də əyalətdə törədilən hücumda 11 nəfər həyatını itirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki