Əfqanıstandan İrana yeni mühacirət dalğası başlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə dünən “İslam Respublikası” qəzeti xəbərdarlıq edib.
Məlumata görə, Əfqanıstan üzrə iranlı ekspertlər hesab edirlər ki, Pakistandan qovulan taliblər İrana doğru hərəkət edərək cənub-şərq sərhədlərindən ölkə ərazisinə daxil olublar. Noyabrın 1-dən etibarən Pakistan ordusu “təcavüzkar” adlandırdığı milyonlarla talibi Pakistandan Əfqanıstana köçürməyə başlayıb.
Ekspertlərin fikrincə, bu yolla İrana puştun taliblərin yeni işğal dalğası başlaya bilər ki, bu da yeni təhlükə və təhdidlərlə müşayiət olunacaq.


























