Rusiyadan İzmirin “Əliağa” limanına yük daşıyan Türkiyə gəmisi Qara dəniz bölgəsində fırtına səbəbindən “Ereğli” limanına sığınıb. Burada yenidən hərəkətə keçən gəmi ilə daxili limandan ayrıldıqdan qısa müddət sonra əlaqə kəsilib.
Vətəninfo.az xəbər verir ki, Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya liman rəhbərliyinin gəmi ilə əlaqəni bərpa etmək üçün işlərini davam etdirdiyini, əlverişsiz hava şəraiti müsbət xarakter aldığı anda fəaliyyətlərə başlanacağını bildirib.