image-1backend

Ərdoğan: “Qəzza deyilən yer artıq yoxdur”

image-reklam_sirab_01

“Bizim İsrailə borcumuz yoxdur, amma borcu olanlar sərbəst danışa bilmirlər”.
Vətəninfo.az bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçıst Ərdoğan Almaniyada kansler Olaf Şolts ilə təkbətək görüşü və heyətlər arasında iş yeməyindən əvvəl birgə mətbuat konfransı keçirib.

Çıxışında İsrailin Qəzza zolağına hücumlarına toxunan Ərdoğan Qəzzada 13 min fələstinli uşaq, qadın və qocanın öldürüldüyünü, artıq Qəzza deyilən yerin demək olar ki, qalmadığını bildirib.

İbadət yerlərinin, kilsələrin və xəstəxanaların vurulduğunu xatırladan Ərdoğan bunları deyib:

“Bunların qarşısında əlimiz, dilimiz bağlı dayanacağıq? Buna qarşı heç vaxt səsimizi çıxarmayacağıq? Biz burada əlimiz, qolumuz, dilimiz bağlı qalsaq, bunun hesabını tarixə verə bilmərik. Onun üçün İsrail-Fələstin müharibəsini borcluluq psixologiyası ilə dəyərləndirməmək lazımdır. Gördüyünüz kimi mən rahat danışıram. Çünki İsrailə borcumuz yoxdur. Borcumuz olsaydı, bu qədər sərbəst danışa bilməzdik. Amma olanlar borc içində sərbəst danışa bilmir. Biz Holokostdan keçməmişik. Bizdə belə bir vəziyyət də yoxdur.

Türkiyə hadisələrin başlanğıcından bəridir mülki şəxsləri hədəf alan hücumları heç vaxt təsdiqləmədi və bunu hər zaman dilə gətirdi. Hamımızın prioriteti atəşkəs və humanitar yardımın maneəsiz axınını təmin etməkdir. Türkiyə olaraq məqsədimiz israillilərin və fələstinlilərin sülh içində yan-yana yaşadıqları, sülh və etimadın hökm sürdüyü bir mühit yaratmaqdır. Buna nail olmalıyıq. Orta Şərqdə ədalətli və sülh yolu ilə nail olmalıyıq. Düşünürəm ki, davamlı sülhün təmin edilməsi üçün hər kəs məsuliyyət daşımalıdır.”

Ərdoğan birgə mətbuat konfransından sonra Şolts ilə təkbətək görüşüb. Ərdoğan və Şolts daha sonra heyətlərarası iş yeməyinə qatılıb.

Prezident Ərdoğan təmaslarından sonra noyabrın 17-də Almaniyadan ayrılaraq vətənə qayıdıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image