image-1backend

Erməni türkoloq: “Bakının Qarabağda əsas vəzifəsi budur”

image-reklam_sirab_01

“Azərbaycan çox güman ki, Qarabağdakı mövcud vəziyyətin Ermənistanla münasibətlərin normallaşdırılmasına dair sazişdə təsbit olunmasını tələb edir”.

Vətəninfo.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə erməni türkoloq Ruben Safrastyan danışıb.

“Onların vəzifəsi, ilk növbədə, Qarabağdakı mövcud vəziyyəti de-yure möhkəmləndirmək və bütün bunlara Ermənistanın imza atmasını təmin etməkdir. Ancaq tələblər bununla bitmir. İctimai bəyanatlardan nəticə çıxara bildiyimiz qədər, bu tələblər anklavlara da daxildir. Bundan əlavə, Zəngəzur dəhlizi deyilən mövzu gündəmə gətirilir ki, bu da həm Türkiyə, həm də Azərbaycan tərəfindən tələb şəklində səslənir”, – deyə Safrastyan yerli “Beşinci kanal”da deyib.

Safrastyan Azərbaycanın bundan sonra Ermənistan ərazisinə münasibətini dəyişəcəyini də istisna etməyib.

“Azərbaycanlılar məskunlaşdıqdan sonra ərazi tələbləri irəli sürülə bilər. Amma indiki mərhələdə bu, real deyil”, – deyə o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki