Ermənistan Milli Təhlükəsizlik Xidməti hökumət binalarını partlatmağa və ələ keçirməyə hazırlaşan cinayətkar dəstəni yaxalayıb.
Bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
İş materiallarına görə, 2023-cü il ərzində terror aktlarının hazırlanmasında şəxsiyyəti müəyyən edilmiş beş nəfər və hələlik şəxsiyyəti müəyyən edilməyən bir neçə naməlum şəxs iştirak edib.
Qeyd olunur ki, cinayətkar birliyin planlarına partlayışa hazırlıq, habelə son məqsəd kimi dövlət orqanlarının işini pozmaq məqsədi ilə hökumət və digər binaların zəbt edilməsi olub.


























