image-1backend

Ermənistanda Rusiyanın verdiyi dərsliklərin paylanması dayandırılıb

image-reklam_sirab_01

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi təhsil materiallarının ekspertizasının aparılması zərurəti bəhanəsi ilə Rusiyanın Ermənistandakı məktəblərə hədiyyə etdiyi rusdilli dərsliklərin paylanmasını dayandırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə cümə axşamı Telegram-da Rusiya Federasiya Şurasının sədr müavini Yuri Vorobyev yazıb.

Onun sözlərinə görə, Ermənistan Milli Assambleyasının təşəbbüsü ilə Rusiya-Ermənistan parlamentlərarası komissiyasının iclaslarında erməni deputatların təkrar petisiyaları nəticəsində və Rusiya Federasiya Şurası rəhbərliyinin bilavasitə dəstəyi ilə Rusiya tərəfi Ermənistanın rus dilini tədris edən məktəblərinə bağışlamaq üçün 50 mindən çox dərsliyin alınması üçün əlavə büdcə vəsaiti tapmağa nail olub.

“Noyabrın 11-də dərsliklər Ermənistana gətirilib və onların böyük tələbat olan məktəblərdə paylanmasına başlanılıb.

“Ermənistanın Təhsil və Elm Nazirliyinin bu prosesi dayandırdığını biləndə çox təəccübləndim. Erməni həmkarlarımızın özləri bizə lazımi dərsliklərin konkret siyahısını göndərmələri xüsusilə qəribədir.

“Təəssüf ki, bizim qardaş erməni xalqının sadə oğlan və qızları belə uzaqgörən siyasi intriqalardan ilk olaraq əziyyət çəkirlər”, – Vorobyev qeyd edib.

O, əlavə edib ki, Qırğızıstanın paytaxtı Bişkekdə Rusiya nümayəndə heyəti bu məsələni Ermənistan parlamentinin sədr müavini qarşısında qaldırıb və yaxın vaxtlarda bununla bağlı bütün maneələrin aradan qaldırılacağına ümid etdiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki