image-reklam-veteninfo
image-1backend

Etna vulkanı yenidən püskürdü

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Siciliyada Etna vulkanı yenidən püskürüb. Məlumatı İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutuna (INGV) istinadən “La Sicilia” qəzeti yayıb.

Qeyd edilir ki, püskürmə vulkanın cənub-şərq kraterində baş verib, püskürən sütunun hündürlüyü, hesablamalara görə, dəniz səviyyəsindən təxminən 4,5 min metr hündürlükdədir.

Etna Avropanın ən yüksək aktiv vulkanıdır. 2013-cü ilin iyun ayında YUNESKO-nun Ümumdünya İrs Saytları siyahısına daxil edilmişdir. 2017-ci ilin martında vulkanın növbəti püskürməsi nəticəsində 10 nəfər xəsarət alıb.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki