image-turkiyebackend

Giorgos Yerapetritis: “Türkiyə ilə problemləri “məhsuldar dialoq”la həll etmək istəyirik”

image-reklam_sirab_01

Yunanıstanın xarici işlər naziri Giorgos Yerapetritis Türkiyə ilə problemləri “məhsuldar dialoq”la həll etmək istədiklərini bildirib.

Ölkəsində dərc olunan “To Vima” qəzetinə müsahibə verən Yerapetritis Afinanın Türkiye də daxil olmaqla bütün qonşu ölkələrlə yaxşı münasibətlər qurmaq istədiyini bildirib.

“Biz Türkiyə ilə məhsuldar dialoq qurmaq istəyirik. Qarşılıqlı faydalı razılaşmalara gətirib çıxaracaq dialoq üçün zəmin var. Mülki müdafiə, miqrasiya siyasəti və turizm kimi məsələlər iki ölkə arasında müsbət razılaşmaların əldə oluna biləcəyi sahələrdir”, deyə nazir qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki