image-reklam-veteninfo
image-1backend

Google-un gəliri nə qədər olub? 

image-reklam-veteninfo

“Google” şirkətinin sahibi olan Amerikanın “Alphabet Inc.” texnologiya şirkəti bu ilin üç rübü üzrə maliyyə hesabatını təqdim edib. Vətəninfo.az xəbər verir ki, müvafiq olaraq, şirkətin xalis gəliri ötən ilin eyni dövrü ilə müqayisədə yüzdə 14,6 artaraq 53,108 milyard dollar olub. Ümumi gəlir 6,9 faiz artaraq 221,084 milyard dollar təşkil edib.

Təkcə üçüncü rüb ərzində gəlirlərin artımı 41,5 faiz təşkil edərək 19,689 milyard dollara çatıb. Təkcə üçüncü rübdə Google-un reklam gəliri 9,5 faiz artaraq 59,647 milyard dollara çatıb. Ümumilikdə, Google-un xidmətlərindən əldə etdiyi gəlir 108 faiz artaraq 67,986 milyard dollar təşkil edib.

Xatırladaq ki, Alphabet şirkətinə aşağıdakı şirkətlər daxildir: Google axtarış sisteminə əlavə olaraq: Android və YouTube, Google Life Sciences, Calico, Sidewalk Labs, Nest, Google Ventures, Google Capital və Google X.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki