image-1backend

Gürcüstan Fransanın “Bastion” zirehli texnikasının Ermənistana tranzitini təsdiqləyib

image-reklam_sirab_01

Gürcüstanın Poti limanını idarə edən APM Terminals Poti şirkəti Fransanın “Bastion” zirehli maşınlarının Ermənistana tranzitinə icazə verib. Vətəninfo.az-ın məlumatına görə, bu barədə “Azadlıq” radiostansiyasının Gürcüstan xidməti məlumat yayıb .

“Belə olan halda, yük Aİ üzvü olan Fransadan gəlib və Ermənistana göndərilib.  Bundan əlavə, Gürcüstan hökumətinin dəqiq göstərişləri və beynəlxalq tənzimləyicilər tərəfindən müəyyən edilmiş məhdudiyyətlər olmadığından, APM Terminals Poti şirkəti sanksiyalara məruz qalmayan yüklərin qəbulundan imtina etmək imkanından məhrumdur”, – şirkətin bəyanatında deyilir.

Bundan əvvəl internetdə Fransanın “Bastion” zirehli maşınlarının partiyasının fotoları yayılıb. Fotoların Gürcüstanın Poti limanında çəkildiyi, zirehli texnikanın Ermənistana göndərildiyi qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki