image-1backend

Gürcüstan iki İŞİD üzvünü həbs etdi

image-reklam_sirab_01

Vətəninfo.az “Novosti-Georgia” istinadən xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Mərkəzi miqrantların qeyri-qanuni daşınması işi üzrə aparılan istintaq zamanı iki əcnəbi vətəndaşın saxlanıldığını açıqlayıb.

Xüsusi əməliyyat Tbilisinin iki məntəqəsində eyni vaxtda keçirilib. Axtarış zamanı partlayıcı və kustar üsulla hazırlanmış partlayıcı qurğular, məlumat ötürən elektron vasitələr, səs-küylü silahlar, saxta xarici pasportlar və üzərində üzərində “İslam Dövləti” terror təşkilatının rəmzləri olan bayraq götürülüb.

İstintaqın hazırkı mərhələsində saxlanılanların milliyyəti məlum deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki